Futbolumuzun 100 illiyi “Buta”da qeyd olunacaq
18.01.2011 - 10:49
Bu il – 2011-ci ildə Azərbaycan futbolunun 100 illik yubileyi qeyd olunacaq. Apasport.az satının məlumatına görə, ölkəmizin idman həyatı üçün əlamətdar olan bu hadisənin yüksək səviyyədə qeyd olunması məqsədilə AFFA-nın prezidenti Rövnəq Abdullayevin tapşırığına əsasən müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.
AFFA tərəfindən Dövlət arxivinə müraciət olunaraq futbolumuzun 100 illik tarixi barədə yazı, foto və videomateriallar toplanıb. Azərbaycan futbolunun 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim iyun ayında Buta Sarayında keçiriləcək. Tədbirdə beynəlxalq futbol qurumlarının, həmçinin milli assosiasiyaların nümayəndələrinin və digər qonaqların iştirakı nəzərdə tutulub.
Mənbə: affa.az

0
0