“Bizim əsas üstünlüyümüz dövlətlə işləməyimizdir”
18.01.2011 - 14:10
“Biz 2004-cü ildən bu işə başlamışıq. “İddaa” adı ilə fəaliyyət göstərən kontorumuz bu illər ərzində 17 milyon dollarlıq dövriyyə ilə dünyada 2-cidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyənin “İnteltek” QSC şirkətinin baş direktoru Ahmet Sezer deyib.
“Azəridmanservis” Dövlət Müəssisəsi ilə birlikdə Azərbaycanda “Azerinteltek” Qapalı tipli Səhmdar Cəmiyyəti (QTSC) adlı operator şirkət quran türkiyəli iş adamı ölkəmizdə startı verilən idman mərc oyunları ilə bağlı tədbirdə iştirak edib. Sezer işbirliyi haqda fikirlərini bildirib: “Bizim əsas üstünlüyümüz dövlətlə işləməyimizdir. Öz təcrübəmizdən deyim ki, bu layihə Azərbaycan idmanına böyük xeyir verəcək. Türkiyədə ötən il keçirilən basketbol üzrə dünya çempionatının, qış oyunlarının sponsoru olmuşuq. Superliqanın da sponsoru olduğumuzdan yarışın adı Spor Toto Superliqa adlanır. Bundan əlavə, basketbol üzrə mundialda yarışları keçirmək üçün 2 qapalı meydanı öz xərcimizə tikdik. Bütün bunlar gələcəkdə Azərbaycanda da olacaq”.
Sezerin sözlərinə görə, mərc oyununa pul qoyuluşu edən dərhal pulunu da ala bilər: “Əgər variant yazan insan istəsə, oyunlar yekunlaşdıqdan sonra pulunu götürə bilər. Amma bu, iş vaxtında baş verəcək. Pulu digər məntəqələrdən də götürmək mümkün olacaq”.

0
0