Bahodir Nasimov: “Xəzər Lənkəran”la oyuna qədər tam formada olacağam
21.01.2011 - 18:48
"Bildiyiniz kimi, Özbəkistan yığmasının heyətində Asiya kuboku-2011-ə hazırlıq məqsədi daşıyan, Dubayda keçirilən təlim-məşq toplanışında zədələndim. Bundan sonra vətənimə qayıdaraq, müalicə olundum. İndi özümü yaxşı hiss edirəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Bakının “Neftçi” klubun futbolçusu Bahodir Nasimov deyib. Bir aylıq fasilədən sonra Bakıya qayıdan, Premyer Liqamızın bombardiri klubunun rəsmi saytına açıqlamasında indiki durumu haqda fikirlərini bildirib: “Həkimlərin rəyinə görə, Premyer Liqanın növbəti oyunlarınadək tam formada olacağam. Hazırda yüngül qaçışlarla və toplu məşqlərlə kifayətlənirəm. "Neftçi"nin Türkiyədə keçirəcəyi təlim-məşq toplanışının ikinci mərhələsinə komanda ilə birlikdə qatılacağam".
Qeyd edək ki, “Neftçi” qış fasilədən sonra ilk oyunda fevralın 13-də “Xəzər Lənkəran”ı qəbul edəcək.
Qeyd edək ki, “Neftçi” qış fasilədən sonra ilk oyunda fevralın 13-də “Xəzər Lənkəran”ı qəbul edəcək.
- Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
- Rafinya daha 4 il "Barselona"da - RƏSMİ
- Portuqaliya Ronaldo ilə vidalaşdı – “Hər şey üçün təşəkkürlər, kapitan!” - VİDEO
- Almaniya millisinin heyəti açıqlandı: Nübel çağırıldı, Sane kənarda qaldı
- Bir dövrün sonu - Ronaldo milli karyerasını başa vurdu
0
0