“Muğan”da 3 legioner
22.01.2011 - 00:12
“Muğan”da 3 legioner
Ölkə kənarına çıxmayan azsaylı klublarımızdan olan “Muğan” məşqlərini gündə 2 dəfə olmaqla Bakıda davam etdirir. Apasport.az saytının xəbərinə görə, Salyan təmsilçisi bu gün yoldaşlıq oyunu keçirəcək. Sparrinq-rəqib isə I divizion təmsilçisi “Rəvan” olacaq.

Bu arada “Muğan” baxışa bir neçə futbolçunu dəvət edib. Syerra-Lione yığmasının yarımmüdafiəçisi Samuel Barlay, litvalı mərkəz müdafiəçisi Laurinas Rimaikius və latviyalı hücumçu Andery Butik özlərini yaxşı tərəfdən göstərməlidirlər. Artıq futbolçular məşqlərdə iştirak edirlər. “Xəzər Lənkəran”ın geri göndərdiyi Anar Qasımov da “Muğan”ın düşərgəsindədir.