Qvardiola: Mourinyoya ölüm arzulamaq yolverilməzdir
22.01.2011 - 12:28
“Barselona”nın baş məşqçisi Xosep Qvardiola Madrid “Real”ını çalışdıran Joze Mourinyonun ünvanına səsləndirilən xoşagəlməz şüarlara münasibət bildirib. Apasport.az saytının məlumatına görə, “Kral klubu”nun İspaniyada gəldiyi bəzi stadionlarda azarkeşlər oyun boyu “Mourinyo, öl!” söz birləşməsini səsləndirirlər. “Real” Qvardiola üçün çempionluq mübarizəsində əzəli, prinsipial rəqib olsa da, həmkarına pis şeylər arzulamır: “Özünü belə aparmaq və digər insana ölüm arzulamaq yolverilməzdir. İnsanlar özlərini tərbiyəli aparmalıdırlar. Futbola çoxlu insanlar bağlıdır. Azarkeşlər təqlid olunmaları üçün layiqli nümunə olmalıdırlar. Belə sözləri isə bizi heç yerə aparmayacaq. Özünü həm peşəkarlara, həm də azarkeşlərə layiqli şəkildə göstərmək lazımdır”.
0
0