“Neftçi”nin 8 futbolçusu Bakıdakı məşqə qatılmadı
22.01.2011 - 12:59
Bakının “Neftçi” klubunu hazırlığını bərpa edib. Apasport.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərindəki ilk təlim-məşq toplanışını bitirən qış çempionumuz bir günlük istirahətin ardından Bakıda məşqlərə başlayıb. Komandanın fiziki hazırlıq üzrə türkiyəli yeni məşqçisi Mehmet Ak də paytaxtımızda uzun fasilədən sonra ilk məşqə çıxıb.
Bugünkü məşqdə bəzi legionerlər iştirak etməyib. Belə ki, futbolçulardan makedoniyalılar - İqor Mitreski ilə Slavço Georgiyevski, belçikalı Emil Mpenza, braziliyalı Denis Silva və qapıçılarla işləyən serbiyalı məşqçi Neboyşa Manoyloviç baş məşqçi Arif Əsədovdan icazə alaraq, komandanın yanvarın 24-də Antalyada başlayacaq ikinci təlim-məşq toplanışına qatılacaqlar. “Neftçi”nin kapitanı Rail Məlikov, vitse-kapitan Elmar Baxşıyev, Tural Nərimanov və braziliyalı Alesandro Vyana Da Silva həkim nəzarətində olduqlarından, Bakıda ilk məşqə qatılmayıblar.
“Neftçi” bu gün və sabah paytaxtda məşqlərini etdikdən sonra Antalyaya 2 həftəlik təlim-məşq toplanışına yollanaraq, 4 yoxlama oyunu keçirəcək.
Mənbə: neftchifc.com

0
0