Rauf Mehdiyev: İlk toplanışlar çətin olur
23.01.2011 - 14:50
"Neftçi"nin qapıçısı Rauf Mehdiyev Antalyadakı ilk təlim-məşq toplanışı haqda fikirlərini bildirib. Apasport.az saytının xəbərinə görə, qolkiper hazırlığın yüksək səviyyədə keçdiyini söyləyib: “Düzdür, yüklənmə çox olduğu üçün, ilk toplanışlar çətin olur. Buna baxmayaraq, komandamızda yer alan futbolçular böyük səylə məşqçilərin tapşırıqlarını yerinə yetirirdilər. Biz peşəkar futbolçularıq, bilirik ki, belə hazırlığın bəhrəsini çempionat oyunlarında görəcəyik. Antalyada həmçinin, iki dəfə test verdik, bunlardan biri "Konkone", digəri isə "Fitnes" testi idi. Nəticələr fiziki hazırlıq üzrə məşqçimiz Mehmet Akı qane etdi. Ancaq təbii ki, biz daha yüksək səviyyəyə qalxmaq üçün çalışmalıyıq".
0
0