Sadıq Sadıqov: Onun iddialı məşqçi olması hədəflərimizlə üst-üstə düşür
23.01.2011 - 16:04
Türkiyəli məşqçi Mehmet Ak Bakının "Neftçi" klubu ilə münasibətlərini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi fiziki hazırlıq üzrə gənc mütəxəssislə rəsmi müqavilə imzalayıb. Klubun bazasında baş tutan tədbirdə "Neftçi"nin prezidenti Sadıq Sadıqov Akın yeni işində uğur qazanacağını bildirib: "Biz bu mövsüm yeni komanda qurmuşuq. Hədəfimiz ölkə çempionluğunu və kuboku qazanmaqdır. Bunun üçün lazımlı işlər görülür. Türkiyəli mütəxəssis Mehmet Ak komandamızda fiziki hazırlıq üzrə məşqçi kimi çalışacaq. Onun gənc və iddialı məşqçi olması bizim hədəflərimizlə üst-üstə düşür. Biz klub rəhbərliyi olaraq "Neftçi" üçün daim ən yaxşı olanı etməyə çalışırıq. Onun burada uğur qazanacağına ürəkdən inanıram."
"Neftçi"də uzun müddət çalışacaq Ak da tədbirdə fikirlərini bildirib: "Azərbaycana qayıtdığım üçün çox sevinirəm. "Neftçi" Azərbaycanın ən köklü klubudur. Klub rəhbərliyinin komanda üçün gördüyü işlər göz qabağındadır. Flaqmanın hədəflərinə çatması üçün mən də əlimdən gələni edəcəyəm".
Qeyd edək ki, “Neftçi”nin Türkiyənin Antalya şəhərində ilk təlim-məşq toplanışında iştirak edən Ak bundan əvvəl ölkəmizdə “Qarabağ” klubunda fiziki hazırlıq üzrə məşqçi işləyib.
Mənbə: neftchifc.com

0
0