“Qarabağ” Antalyada 2 günlük istirahətdə
23.01.2011 - 16:39
“Qarabağ” Antalyada 2 günlük istirahətdə
Ağdamın “Qarabağ” klubu Türkiyədəki hazırlıq çərçivəsində futbolçularına istirahət verib. Apasport.az saytının məlumatına görə, yanvarın 9-dan Antalyada 28 günlük təlim-məşq toplanışında olan komanda qarşıdakı 2 günü istirahətdə keçirəcək. Futbolçular bu gün və sabah sərbəst olacaqlar. Amma bu, heç də bütün hamıya şamil olunmayıb. Belə ki, zədəsi, eyni zamanda fiziki hazırlıq cəhətdən problemi olan futbolçulara məşq keçiləcək. Yeni transferlər İlqar Qurbanovla makedoniyalı Nderim Nedzipi ilə yanaşı, Aftandil Hacıyev, Rəşad Kərimov, Əfran İsmayılov, Aslan Kərimova fərdi çalışmalar tətbiq ediləcək. Futbolçular eyni zamanda məskunlaşdıqları oteldə məşq etmək üçün istənilən şərait olduğundan, bu imkandan yararlana biləcəklər. “Qarabağ” yanvarın 25-dən yenidən məşqlərə start verəcək.

Mənbə: qarabagh.com