Yozef Blatter Azərbaycan çempionunu mükafatlandırdı
23.01.2011 - 19:01
FİFA prezidenti Yozef Blatter son Azərbaycan çempionu olan Bakının “İnter” klubunu mükafatlandırıb. Apasport.az saytının məlumatına görə, Rusiyada keçirilən ənənəvi “Birlik kuboku”nun final oyununu izləməyə gələn Blatter “İnter”lə “Şaxtyor“un (Belarus) Sankt-Peterburqdakı görüşü bitəndən sonra meydana daxil olub. Blatterin yanında UEFA-nın vitse-prezidenti Şenes Erzik, Rusiya Futbol İttifaqının prezidenti Sergey Fursenko, AFFA-nın baş katibi Elxan Məmmədov, Belarus Futbol Federasiyasının prezidenti Gennadi Nevıqlas olub.
FİFA prezident qısa çıxış edərək, final oyununun iştirakçılarını təbrik etdi. Azarkeşlərə, hakimlərə də minnətdarlıq edən Blatter ardından komandaların kapitanlarına FİFA-nın emblemlərini verdi, xatirə şəkilləri çəkdirdi. Ardından ilk olaraq Vladimir Bezborodovun başçılıq etdiyi rusiyalı hakimlər briqadasına xatirə hədiyyələri təqdim olundu. Belaruslu futbolçular da hədiyyələrini, xatirə kuboku, medallarını alandan sonra növbə qalibə, səbirsizliklə gözlədiyimiz an çatdı. Blatter və onun yarındakı futbol rəsmiləri “İnter”in üzvlərinin boyunlarından çempionluq medallarını asdılar.
Sonda Blatter Erzik və Fursenko ilə birgə “İnter”in kapitanı, millimizin də üzvü olan Vladimir Levinə kuboku təqdim etdi. Bu zaman çempionluq mahnısı səsləndi və komandamız kuboku hamılıqla başı üzərinə qaldırdı. Sonda qalibin şərəfinə dövlət himnimiz səsləndirildi.

0
0