Hafiz Məmmədov: Bu möhtəşəm qələbə yaddaşlardan silinməyəcək
23.01.2011 - 19:36
Hafiz Məmmədov: Bu möhtəşəm qələbə yaddaşlardan silinməyəcək
“Bakı”nın prezidenti Hafiz Məmmədov "İnter" klubuna "Birlik kuboku"nu qazanması münasibəti ilə təbrik məktubu ünvanlayıb. Apasport.az saytının məlumatına görə, Məmmədov son çempionumuzun Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən ənənəvi turnirin finalında əldə etdiyi qələbəni bütün Azərbaycan futbolsevərləri kimi, onları da hədsiz sevindirdiyini qeyd edib: "İnter" ölkəmiz adına layiqli mübarizə apararaq "Birlik kuboku"nu qazandı, Azərbaycan bayrağını yüksəltdi və himnimizi səsləndirdi.
Əlbəttə ki, bu böyük uğurun tərkib hissəsi olaraq "İnter"in turnirin 1/4 finalında Ermənistan təmsilçisi "Mika" üzərində əldə etdiyi 4:0 hesablı möhtəşəm qələbə uzun müddət yaddaşlardan silinməyəcək”.

Məmmədov həm klub prezidenti, həm də AFFA İcraiyyə Komitəsinin üzvü kimi "İnter"i "Birlik kuboku"nu qazanması münasibəti ilə təbrik edib, Azərbaycan klubuna gələcək yarışlarda uğurlar arzulayıb.