Lazımsız koreyalılar və ya Rednikin üçüncü məğlubiyyəti
24.01.2011 - 20:45
“Xəzər Lənkəran” bu gün növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar” yenə Ukrayna Premyer Liqa təmsilçisi ilə görüşüb.
Rumıniyalı Mirça Rednikin çalışdırdığı komanda Antalyadakı 4-cü yoldaşlıq görüşündə “Zarya” ilə qarşılaşıb. Luqansk təmsilçisi Ukrayna Premyer Liqasında 19 turdan sonra 19 xalla 12-ci yerdədir.
Milli komandamıza çağırıldığı üçün Kamran Ağayev, Elnur Allahverdiyev, Elnur Abdullayev, Rahid Əmirquliyev və Şəhriyar Xəlilovun bu qarşılaşmada meydana çıxmayıblar.
Qeyd edək ki, lənkəranlılar əvvəlki oyunlarda “Atırau”ya (Qazaxıstan) 1:2, “Kasımpaşa”ya (Türkiyə) 1:4 hesabı ilə uduzub, Ukraynanın “Krivbass” klubunu isə yarımçıq qalan matçda məğlub edib – 1:0.
“XƏZƏR LƏNKƏRAN” (AZƏRBAYCAN) - “ZARYA” (UKRAYNA) - 1:3
QOLLAR: Alim Qurbanov, 67 - Sakiç, 23, Lipartiya, 55 p., Belıy, 75
“Gloria Serenity” otelinin meydançası
Oyunun başlamasına 3 saatdan da az vaxt qalıb. Artıq Bələkdə leysan başlayıb, şimşək çaxır, üstəlik, qasırğa gözlənilir.
Matçın başlamasına təxminən 1 saat qalmış leysandan əsər-əlamət qalmayıb. Artıq güclü yağıntı narın yağışla əvəz olunub.
Mirça Rednik bu matçda eksperimental heyətə şans verib. Qapını Dalton Munarettoya həvalə edən rumıniyalı çalışdırıcı həmyerliləri Adrian Pits, Adrian Skarlatake, Aleks Pitsurka, Hristu Çiao və Muşatı da start heyətində meydana buraxıb. Onlarla yanaşı, alman Jerom Polenz, alban Elvin Beçiri, komandanın veteranı Alim Qurbanov da ukraynalılara qarşı oyunda meydana çıxıb. Digər 2 futbolçu – Rodriqo və sloveniyalı hücumçu Rusiç isə baxışa yeni gələnlərdir.
“Zarya” isə bu “11-liy”ə güvənib: Şuxovtsev, Tesak, Polyanski, Addo, Kamenyuka, Sakiç, Lipartiya, Knejeviç, Silyuk, Şevçenko, Kasyan
Luqansk təmsilçisi ehtiyatda Romanyuk, Belıy, Semenenko, Kovalyov və Şevçuku saxlayıb.
Oyuna ukraynalılar başladı.
“Zarya” ilk dəqiqələrdən pressinq tətbiq edir.
5-ci dəqiqədə cərimə zərbəsindən göndərilən top Daltona narahatçılıq yaşatdı. Lakin braziliyalı səhvsiz oynadı.
2 dəqiqə sonra “Xəzər Lənkəran” fərqlənə bilərdi. Lakin Pitsurkanın zərbəsində dəqiqlik çatmadı. Zərbə qapıdan azca aralı keçdi.
10-cu dəqiqədə lənkəranlılar hesabı aça bilərdi. Lakin sağ cinahdan Jeromun qapı qarşısına hava ötürməsini tamamlayan tapılmadı.
Üstünlük Rednikin yetirmələrinin tərəfindədir.
16-cı dəqiqədə “Zarya” böyük qüvvə ilə irəli atılır. Lakin güclü alınmayan zərbəni dəf etmək Dalton üçün çətin olmur.
Az sonra Pitsurka rəqib qapıçı ilə təkbətək çıxa bilərdi. Lakin müdafiəçilər buna imkan vermədi.
23-cü dəqiqədə hesab açıldı – 0:1. Künc zərbəsindən sonra müdafiəçilər topu uzaqlaşdırsa da, ukraynalıların hücumçusu Sakiç hamıdan cəld tərpəndi. O, təxminən 20 metrdən qarşısı alınmaz zərbə endirdi.
27-ci dəqiqədə Pitsin zərbəsi təhlükəli alındı. Lakin rumıniyalının zərbəsi hədəfdən yan keçdi.
32-ci dəqiqədə Rednik cənubi koreyalı Leeyə də şans verir. O, argentinalı Rodriqonu əvəzləyir.
Rednik oyunda dönüş yaratmağa çalışır. O, Daltonu rumın qapıçı Danla əvəzləyir. Bundan başqa, Uinston Parks Pitsurkanın, Stelian Stanku isə Hristunin yerinə meydana daxil olur.
Təcrübəli mütəxəssis daha bir koreyalı - Kimi də döyüşə atır. Asiyalı Beçirini əvəz edir. Lakin “Zarya”nın ilk yarıdan əldə etdiyi üstünlük hələ də ukraynalıların tərəfindədir
55-ci dəqiqədə Luqansk təmsilçisi bu üstünlüyü qola çevirdi. Cərimə meydanındakı kobudluğa görə təyin olunan penaltini Lipartiya dəqiq yerinə yetirdi.
Pitsurka və Rusiç də meydanı tərk etdi. Artıq Katalin Domanla Tural Cəlilov da ukraynalıların qapısına yol axtarır.
67-ci dəqiqədə Alim Qurbanov paraşüt zərbə ilə fərqi minimuma endirdi – 1:2
Rednikdən daha 2 əvəzetmə: Meydana daha bir rumın qapıçı çıxır.
75-ci dəqiqədə Belıy 3-cü dəfə lənkəranlıları mərkəzdən başlamağa məcbur etdi.
Oyun başa çatdı - 1:3

0
0