Vitali Kovalyov: Türklər məndən bu haqda soruşmaqdan artıq yorulublar
24.01.2011 - 17:45
Türkiyənin “Kartalspor” klubunun azərbaycanlı qapıçısı Vitali Kovalyovun apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsi
- Artıq il yarımdır “Kartalspor”dasınız. Türkiyə karyeranızı necə dəyərləndirərdiniz?
- Bu, karyeramda 2-ci legioner həyatıdır. Bundan əvvəl İranın “Traktorsazi” klubunda oynamışam. Düzdür, oradan fərqli indiki klubumda az oynayıram. Ancaq əlbəttə, daha çox futbol oynamaq istəyirsən. İstənilən halda, xarici klubun heyətində yer alırsan və bu, karyeranda irəliyə doğru addımdır. Türkiyəyə gəlməyimi özüm üçün geriyə doğru addım saymıram. Hər şey normaldır. Az oynasam da, böyük təcrübə qazanıram, hər dəfə özünü göstərməli olursan. Keçən mövsüm bundan çox meydanda olmuşdum. Onda komanda çətin vəziyyətdə olan zamanı məni qapıya qoydular, mən də etimadı doğrultdum. Həmin vaxt “Kartalspor” mənimlə ən vacib xallarını qazanıb. Ötən mövsüm səfərdə cəmi 1 qələbə qazandıq, onda da qapıda mən idim. Klub rəhbərliyinin mənə inamı böyükdür və bunun nəticəsində ötən yay müqaviləmi daha 1 illiyə uzatdılar.
- Ancaq bu mövsüm özünüz də qeyd etdiyiniz kimi, az oynayırsınız...
- Sadəcə, elə alındı ki, baş məşqçi postumuzda yenidən dəyişiklik oldu. Məni bura klub rəhbərliyi gətirib, yeni çalışdırıcı isə öz qapıçılarını gətirdi. Ona görə də arxa planda qaldım. Komandamızda rəqabət böyükdür. Həm də Azərbaycandan olmağım, futbolumuzun Türkiyədən aşağı olması öz təsirini göstərir. Burada öz futbolçularına üstünlük verirlər. 1-ci liqada əsasən Superliqaya düşməyən, yaxud inkişaf edərək, Superliqaya düşən gənc futbolçular yer alırlar. Yəni Bank Asiya 1-ci liqa bir növ Superliqa üçün tramplindir. Yüksək liqada çıxışını bitirən təcrübəli futbolçular bura gəlirlər.
- Onu da nəzərə alaq ki, sahə oyunçusundan fərqli qapıçı ehtiyatda qalanda formasını bərpa etmək daha çətin olur. Bu mənada narahatçılığınız yoxdur?
- Əgər gənc, oynamamış qapıçı olsaydım, mənə çətin olardı. Ancaq indi vəziyyət mənim üçün qorxulu deyil. Çünki oyun təcrübəm böyükdür, Azərbaycan çempionatında 180-ə yaxın oyun keçirmişəm. Üstəlik, İrandakı 50 oyunumuz da nəzərə alsaq, statistika göz qabağındadır. Yəni rəsmi olaraq 200-dən çox görüşdə iştirak etmişəm. Hələ mən kubok oyunlarını nəzərə almıram. Bir sözlə, gənc qapıçı deyiləm, böyük təcrübəm var, futbolda çox şey görmüşəm. Mən istənilən oyunda meydana çıxıb, komandaya kömək etməyə hazıram.
- Xaricə oynamağa gedən futbolçularımıza güvənməməyə, nəticədə daha çox ehtiyatda qalmalarına artıq bir növ adət etmişik. Bu problem nə ilə bağlıdır?
- Səbəb futbolumuzun reytinqinin aşağı olmasındadır. Ona görə də Azərbaycana yuxarıdan aşağı baxırlar. Reytinqimiz yüksək olsaydı, yığmamız daha yaxşı oynasaydı, başqa məsələ. Artıq bu yöndə irəliləyiş var və inşallah, daha yaxşı olsun. Yığmamız Bakıda Türkiyə millisinə qalib gələndən sonra artıq mənə istər-istəməz başqa cür baxırlar. Bu, tək mənə yox, bütün azərbaycanlı futbolçulara belə olur. Artıq türklər deyirlər ki, aha, deməli, sizdə futbol var. 10 il əvvəl Azərbaycan həmişə Türkiyədə uduzurdu. Ancaq indi vəziyyət tam fərqlidir və bu da irəliyə doğru böyük addımdır. Gedib Qazaxıstanı 3:0 udub, sonra gəlib Azərbaycandan 1 qol buraxıb, uduzmaq...Bu, türklər üçün uğursuzluqdur. Bu qələbə isə Azərbaycan futboluna çox vacibdir.
- Ancaq razılaşın ki, futbolçunun özündən də çox şey asılıdır. O, çox az tanınan ölkədən ola, ancaq əsas heyətdə yer ala bilər...
- Razıyam. Başqa ölkədən gələn futbolçu hətta bizimkindən zəif ola bilər, ancaq istənilən halda, ona ölkəsinin futboluna görə bizdən daha yaxşı baxırlar. Məşqdə çox işləyirsən, özünü “öldürürsən” - hamısı əsas heyətə düşməyə görədir. Allah etsin ki, oynayıb, əsas heyətə düşüm.
- Baş məşqçiləriniz tez-tez dəyişir. Artıq 3-cü çalışdırıcı ilə işləyirsiniz. Belə dəyişiklik nə ilə bağlıdır? Ümumiyyətlə, bu, sizin ziyanınızadır, yoxsa?
- (gülür) Artıq 3 baş məşqçi gəlib, ancaq mən hələ komandadayam. Bu o deməkdir ki, deməli, mən lazımam, gələn heç bir baş məşqçi məni çıxarmır. Adətən yeni gələn çalışdırıcı özününkülərini gətirir, köhnələri kənarlaşdırır. Klub rəhbərliyi niyə məni saxlayaraq, yeni müqavilə saxlayır? Çünki onlar mənə inanırlar, imkanlarımı bilirlər. Hələ məni komandaya gətirən köhnə baş məşqçimiz Kadır Özcan qalsaydı, indi heç bir problemim olmazdı. Özcan bütün il “Kartalspor”un sükanı arxasında oldu, ancaq rəhbərlik onunla müqaviləni uzatmadı. İndi baş məşqçimiz Engin Korukırdır. O, əvvəlki heyətimizdən cəmi 8 futbolçunu saxlayıb ki, bunun biri mənəm. Korukır komandanı demək olar yeni futbolçulardan qurub.
- Baş məşqçilərinizdən biri də “Qalatasaray”da çıxışı ilə tanınan Ergün Pəmbə olub. Onunla münasibətləriniz necə idi?
- Normal. Sırf işgüzar münasibətlər idi, problemim yox idi.
- Vaxtilə yığmasının heyətində bizə qarşı oynayan, Bakıya gələn Pəmbə Azərbaycan haqda söz salırdımı?
- Aramızda belə söhbət olmayıb. Ümumiyyətlə, elə çox ünsiyyət qurmurduq, yalnız işgüzar münasibətlər idi. O, baş məşqçidir, mən futbolçu, aramızda məsafə olub. Məşqlərdə birgə çalışırdıq.
- Azərbaycanlı olduğunuzdan, Bank Asiya 1-ci liqada legioner sayılmırsınız. Bu isə xeyrinizə olduğundan, “Kartalspor”a sizi saxlamağa sərf edir...
- Burada 2 azərbaycanlı futbolçu yerli oyunçu statusu ilə oynaya bilir, legioner sayılmır. Bura türkdilli ölkələr də aiddir. Deməzdim ki, buna görə məni saxlayırlar. Onlar buna heç baxmırlar da. Türklər üçün əsas keyfiyyət, futbolçunun səviyyəsidir. Hesab edin ki, mən türkəm, ancaq zəif futbolçuyam, məni dərhal əvəzləyərlər. Yerli futbolçu sayılsam da, mənə qarşı da legionerlərə olan tələblər var.
- Qışda klubunu dəyişmək haqda düşünmüsünüz?
- Variantım olduğumdan, getmək istəyirdim. Azərbaycandan adını çəkmək istəmədiyim çox yaxşı bir klub idi. Ancaq elə oldu ki, 2-ci qapıçımız olan Ziya Aydın komandadan çıxartdılar. Bu, olmasaydı, rahat gedə bilərdim. Mən indi getsəm, “Kartalspor”da demək olar 1 qapıçı qalacaq. Ona görə də mənə dedilər ki, getmək haqda heç fikirləşmə. Baş məşqçimiz də mənimlə bu haqda söhbətləşib. O, mənə ümid etdiyini bildirdi. Dedi ki, mənim üçün bütün futbolçular eynidir, kim güclüdürsə, oynayacaq.
- Yəni bu qapıçının gedişindən sonra artıq əsas heyətə düşmək şanslarınız artıb...
- Əlbəttə. İkinci dövrədə daha çox oynamaq şansım olacaq. Ötən mövsüm də belə vəziyyət olmuşdu. İlk dövrədə heç oynamadım, ancaq ikinci dövrədə bir sıra görüşlərdə iştirak etdim. Əsas qapıçımız Kaya Tarakçı çox təcrübəlidir, Superliqada xeyli oyun keçirib, Türkiyənin gənclər yığmasında da çıxış edib.
- Transferə çıxarılsanız, nə qədər pul istəyirlər?
- 75 min avro.
- Bu, Azərbaycan klubları üçün böyük məbləğ olduğundan, almaq sərfəli deyil...
- Əlbəttə. Bu, hələ ilkin məbləğdir. 6 ay gözləmək lazımdır, yayda müqavilə bitir, onda sərbəst futbolçu olacağam. Həmin vaxt mənə görə kompensasiya ödəmək lazım gəlməyəcək. Yarım ilə heç kim bu məbləği ödəməz.
- Deməli, yayda sərbəst olanda “Kartalspor”da qalıb-qalmamaq haqda ciddi götür-qoy edəcəksiniz?
- Açığı, artıq vətənə qayıtmaq haqda düşünürəm. 99 faiz belə olacaq. Vətən üçün çox darıxıram. Mən burda nə qədər çox oluramsa, Azərbaycanı bir o qədər çox qiymətləndirirəm.
- Ailəniz indi Bakıdadır?
- Bəli. Buna qədər yanımda idilər, Türkiyədə birgə yaşayırdıq. Ancaq sonradan elə alındı ki, Bakıya qayıdası oldular. Mən də buna görə 2-ci dövrədə vətənə dönməyi planlaşdırırdım. Ancaq elə oldu ki, rəhbərlik məni buraxmadı.
- Maddi cəhətdən burada oynamaq sərfəlidir, yoxsa Azərbaycanın Premyer Liqasında?
- Mən müqavilə ilə aldığım pulu heç kimə açıqlamıram. 100 min avro aldığım pul yox, transfer məbləğidir. Yəni hansısa klub mövsümün əvvəlində məni almaq istəsə, bu, transfer qiymətimdir. Müqaviləmdə isə başqa qiymətdir və bu, açıqlanmır. Müqayisəyə gəlincə, burdakı pul Azərbaycanın ilk 6 klubu səviyyəsindədir.
- Sizə qədər “Kartalspor”da digər qapıçınız Mikayıl Yusifov da oynasa da, o da əsas heyətə düşə bilmədi. Onunla bağlı söhbət düşməyib?
- Yox. Mikayıl mənə qədər 1 il komandada olub. Mən “Kartalspor”a keçmək variantı ortaya çıxan zamanı onunla məsləhətləşməmişəm.
- Maraqlıdır ki, türklər sizin azərbaycanlı olduğunuza görə buna təəccüblənirlər? Hər halda, həm adınız-soyadınız başqadır, həm də xarici görünüşcə azərbaycanlıya oxşamırsınız...
- Bəli. Türklər məndən bu haqda soruşmaqdan artıq yorulublar. Soruşurlar ki, azərbaycanlısansa, soyadı niyə başqadır? Deyirlər ki, heç azərbaycanlıya oxşamırsan. Mən də başa salıram ki, milliyətcə rusam, ancaq Azərbaycanda anadan olmuşam, orada yaşayıram, hər şeyim ora ilə bağlıdır. Onlar da anlayırlar ki, əvvəl SSRİ, çoxmillətli respublika olub. Hamı ilə münasibətim yaxşıdır, kollektivdə mənə hörmət edirlər. Xüsusilə də rəhbərlik.
- Təbii ki, uzun müddət Azərbaycanda yaşadığınızdan, dilimizi başa düşürdünüz. Ancaq indi türk ləhcəsində sərbəst danışdığınızın şahidi oluram...
- Artıq il yarımdır Türkiyədəyəm. Burada istədin, istəmədin dili öyrənməlisən. Çünki hər yerdə türk dilində ünsiyyət qururlar. Mənə bu dili öyrənmək elə çətin olmadı. Çünki Azərbaycan və türk dilləri oxşardır. Sadəcə, bir az çalışıb, öyrənirsən. Mən Azərbaycan dilini bildiyimdən, əsasən onunla danışıram. Hətta elə olur ki, Azərbaycana gəldiyim zamanı tez-tez danışdığım zamanı mənə türk ləhcəsində danışdığımı deyirlər (gülür). Neyləmək olar, iş elə gətirib. Geri qayıtsam, türk dilini unudub, yenidən Azərbaycan dilində danışacağam. Mənə dil baxımından problem yoxdur.
- Azərbaycan çempionatında oynamaq üçün darıxmısınız?
- Mən ümumiyyətlə, oynamaq üçün darıxmışam. Türkiyədə futbol maraqlı olduğundan, bura xoşuma gəlir. Şərait, meydançalar yaxşıdır, stadiona azarkeşlər çox gəlir, yaxşı atmosfer hökm sürür. 1-ci liqa olmasına baxmayaraq, oyunları yaxşı işıqlandırırlar. Bütün bunlar böyük stimul yaradır. Stadiondakı səsdən bir-birini eşitmirsən, fərqli ab-havadır. Azərbaycanlı gənc qapıçılara yeganə tövsiyəm odur ki, bu yaşlarında ehtiyatda oturmaq yox, oynamaq lazımdır. Belə olmasa, yenə ölkəmizə səviyyəsi yüksək olmayan əcnəbi qapıçılar olacaq. Mən, Rauf Mehdiyev, Cahangir Həsənzadə - hamımız təcrübəli olduq, ancaq hamımız kiçik klublarda oynamağa başladıq və artırdıq. Gənc qapıçılarımıza Premyer Liqada tezliklə öz sözlərini deməyi arzulayıram. Milli komandamızın əsas qapıçısı olan Kamran Ağayevə isə arzu edirəm ki, tezliklə xaricə gedib, yaxşı klubda oynayıb, səviyyəsini daha da artırsın.
Mehman SÜLEYMANOV

0
0