Rednik Banquranı müayinəyə yolladı
24.01.2011 - 19:05
Premyer Liqaya Türkiyədə hazırlaşan “Xəzər Lənkəran”ın düşərgəsinə qoşulan İbrahim Banqura tibbi müayinədən keçməli olacaq. Apasport.az saytının məlumatına görə, bu üzdən qanalı hücumçu komandasının bu gün Ukrayna “Zarya”sı ilə keçirilən yoxlama oyununda iştirak etmir. “Ağ-yaşıllar”ın məskunlaşdığı “Gloria Serenity” otelinə gələn afrikalı müayinədən sonra yenidən komandanın hazırlıqlarına qoşulacaq.
Qeyd edək ki, İbrahimin son klubu Türkiyə Bank Asiya I Liqasında mübarizə aparan “Konyaspor” olub. Banqura ötən ilin dekabrında Konya təmsilçisinin baş məşqçisi Ziya Doğanın istəyilə transferə çıxarılıb. Onun cənub təmsilçisində qalıb-qalmayacağı yaxın günlərdə bəlli olacaq.

- "Yuventus"dan 33 milyonluq transfer – "Çelsi"ni qabaqladı
- Vinçentso İtalyano “Beşiktaş”ı təriflədi – “Belə atmosfer görməmişdim”
- “Qarabağ”, “Neftçi”, "Zirə" və "Beşiktaş"ın oyunları bu kanallarda - AFİŞA
- KL: “Zirə” Sumqayıtda Estoniya klubuna qarşı – YENİLƏNİR
- "Leççe"nin futbolçusu itkin düşüb – 2 həftədir xəbər yoxdur
0
0