Bakı klubu baxışa çağırdığı 2 futbolçudan imtina etdi
25.01.2011 - 09:52
Bakının AZAL klubunun Antalya toplanışı zamanı baxışa çağırdığı 2 futbolçu bəyənilməyərək geri göndərilib. Apasport.az saytının məlumatına görə, məşqçilər korpusu 2 yoxlama oyununda sınaqdan keçirdikləri belaruslu müdafiəçi Vitali Panasyuk və xorvatiyalı yarımmüdafiəçi Plumb Yusifinin qaytarılmasına qərar veriblər.
Hazırda baxışda olan hücumçu Gennadi Bliznyuk (Belarus) və müdafiəçi Ritus Krjaklis (Latviya) isə növbəti yoldaşlıq görüşündə də iştirak edəcəklər.
Qeyd edək ki, AZAL növbəti oyununu yanvarın 27-də “Volın”a qarşı keçirəcək.
Mənbə: azalpfc.az

0
0