Yığmamız rəqibsiz qaldı
25.01.2011 - 09:56
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası özünə rəqib tapa bilməyib. Apasport.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Təbriz Həsənovun oyun keçirmək istəyi baş tutmayıb. Əvvəl “Antalyaspor”la qarşılaşmalı olan, lakin rəqibin imtinası üzündən “Muratpaşa Bələdiyyəspor”un nəzdindəki U-19 komandası ilə görüşmək haqda razılıq əldə edən komandamızın matçı baş tutmayıb. Belə ki, rəqibin oyuna gəlməməsi ilə əlaqədar oyun baş tutmayıb. Nəticədə yığmamızın hazırlığının ikitərəfli oyunla davam etdirilməsi qərara alınıb.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0