“Qarabağ” 2 legionerlə müqavilə imzaladı
25.01.2011 - 10:04
“Qarabağ” 2 legionerlə müqavilə imzaladı
Ağdamın “Qarabağ” klubu növbəti transferlərini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, qış fasiləsinə Azərbaycanın istedadlı futbolçularından sayılan İlqar Qurbanovun transferi ilə başlayan komanda heyətinə daha 2 futbolçu qatıb. Onlar legionerlərdir.

Bütün mövqelərdə rəqabət yaratmağa çalışan Qurban Qurbanovun arzusu ilə baxışda olan 2 futbolçu ilə rəsmi müqavilə imzalanıb. Belçikanın “Lyers” klubundan alınan makedoniyalı hücumameyilli yarımmüdafiəçi Nderim Nedzipi və “Srvena Zvezda”dan gələn serbiyalı qapıçı Bojan Pavloviç növbəti 1,5 ildə “Qarabığ”ın şərəfini qoruyacaq.

Qeyd edək ki, “Qarabağ” Antalyada təlim-məşq toplanışındadır.

Mənbə: qarabagh.com