“Əsas hədəfim avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanmaqdır”
25.01.2011 - 10:23
“Qarabağ”ın ənənəsi olan klub olduğunu bilirəm. Bu komandanın son 2 ildə avrokuboklarda uğurlu çıxışından xəbərim var”. Apasport.az saytının məlumatına görə, bu sözlər Ağdamın “Qarabağ” klubunun yeni futbolçusu Nderim Nedzipiyə məxsusdur.
Belçikanın “Lyers” komandasından transfer olunan makedoniyalı yarımmüdafiəçi Azərbaycan təmsilçisi ilə avrokuboklarda uğur qazanmaq arzusundadır: “Necə bir komandaya gəldiyimi bilirəm. “Qarabağ”la çempionluq yaşamaq, qitənin mötəbər yarışlarında uğur qazanmaq üçün gəlmişəm. Əsas hədəfim avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanmaqdır. Çox geniş heyətimiz var. Bu bizim xeyrimizədir. Forma üçün əsl mübarizə gedəcək. “Qarabağ”ın Azərbaycanda heç kimdən zəif olmadığını düşünürəm. Azarkeşlərlə ilk görüşə çıxmağı səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, Nedzipi növbəti 1,5 ildə “Qarabağ”ın şərəfini qoruyacaq.

0
0