“Xəzər Lənkəran”dan qovulan məşqçi Azərbaycana gəlir
29.01.2011 - 13:01
“Xəzər Lənkəran”dan qovulan məşqçi Azərbaycana gəlir
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Qazaxıstan yığması boş qalan baş məşqçi postuna daha bir namizəd peyda olub. Apasport.az saytının məlumatına görə, bu, SSRİ milli komandasının sabiq futbolçusu, Avropa çempionatının gümüş mükafatçısı Viktor Pasulkodur. O, bir neçə günə rəsmiləşməli olan təyinat üçün ən real namizəd sayılır.

Almaniyalı Bernd Ştorkun istefasından sonra boş qalan posta sahib çıxmağa yaxın olan Pasulko 2002-05-ci illərdə Moldova yığmasına başçılıq edib. Almaniyada yaşayan ukraynalı mütəxəssis bundan sonra Azərbaycanda çalışaraq “Xəzər Lənkəran”a rəhbərlik edib. O, bu klubda işlədiyi 2005/06 mövsümünün 2-ci dövrəsində Azərbaycan futbolunun rekordunu müəyyənləşdirib. Belə ki, Pasulko ölkəmizi çempionat oyunlarında məğlubedilməz kimi tərk edən yeganə əcnəbi mütəxəssis adını qazanıb. Onun yetirmələri 13 çempionat matçında uduzmayıblar. Bundan başqa ukraynalı Özbəkistanın “Şurtan” və Qazaxıstanın “Atırau” klublarına da rəhbərlik edib.

Qeyd edək ki, Pasulkonun potensial komandası bu il iyunun 3-də öz meydanında, sentyabrın 6-da isə ölkəmizdə Azərbaycan yığması ilə görüşəcək.