Yığmamız “Maynts”ı sınağa çəkəcək
29.01.2011 - 14:15
Yığmamız “Maynts”ı sınağa çəkəcək
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının növbəti rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Bernard Lippertin yetirmələri Almaniyanın “Maynts” klubunun əvəzedici komandası ilə yoldaşlıq oyunu keçirəcək. Göraş sabah – yanvarın 30-da baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Mənbə: affa.az