Berti Foqts Maksim Medvedevi millidən kənarlaşdırdı
29.01.2011 - 14:38
Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Ağdamın “Qarabağ” klubunun futbolçusu Maksim Medvedev yığmanın heyətindən kənarlaşdırılıb. Komandanın baş məşqçisi Berti Foqts zədəli müdafiəçinin hazırlıqlarda iştirakını məqsədəuyğun saymayıb. Buna görə də, Maksim yığmanın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında iştirak edən heyətdən çıxarılıb.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0