Bakıda oynayacaq latviyalıların adları açıqlandı
29.01.2011 - 16:35
Bakıda oynayacaq latviyalıların adları açıqlandı
Futzal üzrə Latviya milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Baltikyanı ölkə təmsilçisi Bakıdakı beynəlxalq turnirə gətirəcəyi heyəti müəyyənləşdirib. Baş məşqçi Artur Şketov ölkəmizdə 14 futzalçıya güvənəcək.

Qeyd edək ki, fevralın 5-8-də keçiriləcək yarışda iştirak edəcək latışlar Azərbaycan, Ukrayna və Özbəkistan yığmaları ilə mübarizə aparacaq. Bundan başqa Şketovun yetirmələri ölkəmizin 21 yaşadək futzalçılardan ibarət millisi ilə yoldaşlıq oyununda da qüvvəsini sınayacaq.

Qapıçılar: Ayqars Bondars, Dmitri Vinnikov

Sahə oyunçuları: Vadim Atamanyukov, Aleksey Baranov, İqor Dayuko, Ruslan Seleznyov, Vadim Laşenko, Aleksandr Jukov, Sergey Zolotuxin, Maksim Sen, Andrey Şustrov, Dmitri Yakovlev, Sergey Vasilyev, İqor Lapkovski