“Simurq” qələbə qazandı
29.01.2011 - 18:00
“Simurq” qələbə qazandı
Türkiyənin Antalya şəhərinə üz tutan əksər klublarımızdan fərqli vətəndə qalan Zaqatalanın “Simurq” klubu növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi 1-ci divizionun liderlərindən olan “Rəvan”ı sınağa çəkib.

“Şəfa” stadionunun əsas meydanında keçirilən matçda zaqatalalılar qalib gəlib. Hər iki komandanın baxışda olanları da sınadığı görüşdə “Simurq” rəqib qapısına 2 cavabsız qol vurub – 2:0.