“Turan” Antalyadan qalmaqalla ayrıldı
30.01.2011 - 12:11
Antalyada təlim-məşq toplanışını davam etdirən “Turan” növbəti yoxlama matçını keçirib. Apasport.az saytının xəbərinə görə, Naci Şensoyun yetirmələri bu dəfə Koreyanın "Gyeonqnam" klubu ilə qarşılaşıb.
Koreyalı hakimlərin idarə etdiyi matçın 25-ci dəqiqəsində rəqib komanda hesabı açıb. Lakin bundan sonra meydanda xoşagəlməz hadisə baş verib. Rəqib komandanın tribunada əyləşən baş məşqçisi heç bir səbəb olmadan yanındakı zibil qabını təpiklə "Turan"ın məşqçisi Eldəniz Hüseynova tərəf vurub.
Oyun ərzində öz futbolçularını söyməkdən belə çəkinməyən koreyalı məşqçinin bu hərəkətindən sonra hakim qarşılaşmanı yarımçıq dayandırıb. Lakin "Turan"lı futbolçular matçı davam etdirmək istəsələr də, koreyalı futbolçuların hakimlərə qoşularaq meydanı tərk etmələri oyunun yarımçıq qalmasına səbəb olub.
Antalyada hazırlığını başa vuran "Turan" artıq vətənə qayıdıb.

0
0