Jerom yenə qaçdı, Vobay isə gəlir
30.01.2011 - 12:24
Antalya hazırlıqlarını başa vuran “Xəzər Lənkəran” Vətənə qayıdır. Apasport.az saytının xəbərinə görə, cənub təmsilçisi sabah səhər saatlarında artıq 20 gündür məskunlaşdığı “Gloria Serenity” otelini tərk edəcək.
Baş məşqçi Mirça Rednik isə dünən komandanın düşərgəsindən ayrılaraq, Rumıniyaya gedib. Onun səfərində məqsəd Krayovanın “Universitatea” klubunun hücumçusu Julius Vobayın transfer məsələsini həll etməkdir. Juliusun yaxın günlərdə Azərbaycana gələcəyi gözlənilir.
2 dəfə “ağ-yaşıllar”ın düşərgəsində olan almaniyalı Jerom Polenz isə komandadan ayrılıb. Onun ölkəmizdə oynamayacağı artıq dəqiqləşib. Baxışda olan braziliyalı qapıçı Dalton Munarettonun isə komandada qalmaq şansı çox azdır.

- "Arsenal" "Real Madrid"in futbolçusu ilə maraqlanır
- Rafa Silva “Benfika” ilə anlaşıb: Sabah Lissabona gedəcək
- Dennis Şmitt: "Ayntraxt" "Qarabağ"la matçda yaxşı oyun sərgiləyə bilər"
- "Arsenal" İngiltərə millisinin üzvünü icarəyə verir
- “Beşiktaş” Tammy Abraham transferində “Aston Villa” ilə razılığa yaxındır
0
0