“Qəbələ” “Lokomotiv”lə “sülh” bağladı
01.02.2011 - 09:25
“Qəbələ” “Lokomotiv”lə “sülh” bağladı
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” klubu növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Toni Adamsın yetirmələri Xorvatiyanın “Lokomotiv” klubu ilə qarşılaşıblar. Görüşdə qapılara qol vurulmayıb – 0:0.

Qeyd edək ki, bu “Qəbələ”nin Türkiyədə 3-cü yoxlama oyunu olub. Bunadək cənubi koreyalılarla qarşılaşan əyalət təmsilçisi “Yonsei”yə 1:3 hesabı ilə uduzub “Qyeonqnam”ı isə 2:0 hesabı qalib gəlmişdi.