Rəşad Sadıqov oynamadı, komandası qalib gəldi
01.02.2011 - 09:32
Rəşad Sadıqov oynamadı, komandası qalib gəldi
Türkiyə çempionatında 19-cu tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun şərəfini qoruduğu “Əskişəhərspor” klubu öz meydanında “Konyaspor”la qarşılaşıb. Bülənt Uyğunun yetirmələri matçın sonlarında vurulan yeganə qolla meydandan 3 xalla ayrılıb. Əskişəhərliləri 84-cü dəqiqədə Sezər sevindirib – 1:0. Bu, Rəşadın komandasının ardıcıl 4-cü qələbəsi olub. Lakin 29 yaşlı müdafiəçi bu oyunda meydana çıxmayıb.

Qeyd edək ki, xal hesabını 28-ə çatdıran “Əskişəhərspor” 6-cı pilləyə yüksəlib.