“Bakı” növbəti qələbəsini qazandı
01.02.2011 - 09:47
“Bakı” növbəti qələbəsini qazandı
Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Bakı” klubu növbəti oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Aleksandr Starkovun yetirmələri Rumıniyanın “Panduri” komandası ilə qarşılaşıblar.

“Su Səsi” otelinin meydançasında keçirilən oyunun taleyini yeganə qol həll edib. Paytaxt klubunun yarımmüdafiəçisi Adnan Bərəkətin 30-cu dəqiqədə vurduğu dəqiq zərbə “Bakı”ya minimal hesablı qələbə qazandırıb.

Qeyd edək ki, “Panduri” ilə görüşə kimi 3 oyun keçirən Starkovun yetirmələri “Akjayık”ə (Qazaxıstan) 3:0 hesabı ilə qalib gəlib, “Şaxtyor” (Qazaxıstan) və “Metallurq”la (Ukrayna) heç-heçə etmişdilər. Son 2 qarşılaşmada müvafiq olaraq, 1:1 və 0:0 hesabı qeydə alınmışdı.