Torres “Çelsi”yə keçib, rekord vurdu
01.02.2011 - 10:45
“Transfer pəncərəsi”nin son günü İngiltərə futbolunda rekordla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Çelsi” “Liverpul”un hücumçusu Fernando Torresin keçidini həll etməklə, Premyer Liqada yeni rekord müəyyənləşdirib.
Roman Abramoviçin komandası İspaniya yığmasının üzvünün transferi üçün 50 milyon avro (79,5 milyon dollar) ödəyib. Torreslə 5,5 illik müqavilə imzalanıb. Bu isə dünyada 3-cü ən bahalı transfer kimi tarixə düşüb. Onu isə hələlik “Real”ın futbolçuları Kriştianu Ronaldo və Kaka qabaqlayırlar.
Qeyd edək ki, Torres 2007-ci ildə “Atletiko”dan “Liverpul”a 25 milyon avroya transfer olunmuşdu.

0
0