“Xəzər Lənkəran” mənim üçün tramplin ola bilər”
01.02.2011 - 12:34
“Xəzər Lənkəran” mənim üçün tramplin ola bilər”
“Mənə Rumıniya klublarından da təkliflər gəlmişdi. Lakin maliyyə baxımından ən yaxşı variant “Xəzər Lənkəran”dan idi. Agentim məni bu təklifi qəbul etməyə inandıra bildi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun yeni futbolçusu Aleks Pitsurka deyib.

Rumıniyalı futbolçu bildirib ki, Azərbaycan klubuna tramplin kimi baxır: “Çətin ki, Lənkəran təmsilçisinə keçmək təklifini qəbul edərdim. Lakin Mirça Rednikin orada olması qərarıma təsir etdi. Həm də ki, orada 9 rumıniyalı futbolçu da var. Bu da uyğunlaşmaq üçün müsbət haldır. “Xəzər Lənkəran” mənim üçün tramplin də ola bilər. Oradan Türkiyə klublarına keçidim mümkün olar, və bu da Avropaya yolumu açar”.

Hələ ölkəmizdə olmayan Aleks Azərbaycan haqda müəyyən məlumata malikdir: “Lənkəranda olmadığımdan hansısa təəssüratım yoxdur. Yalnız Antalyada klubun düşərgəsində olmuşam. Dostlarım Azərbaycan haqda danışıblar. Bilirəm ki, Bakı gözəl şəhərdir, lakin bir az bahaçılıqdır. Lənkəran isə paytaxtdan 300 mil uzaqda yerləşir. Hazırda komandamız 2-ci pillədədir. Biz mümkün qədər çox qol vurub, çempion olmalıyıq”.