“Bakı”dan “Arminiya”ya – FOTO
01.02.2011 - 12:46
“Bakı”dan “Arminiya”ya – FOTO
Avropadakı “transfer pəncərəsi”nin son günü “Bakı”nın sabiq futbolçusu Dare Nibombe üçün uğurlu alınıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisindən ayrıldıqdan sonra Belçikanın aşağı dəstə təmsilçisi “Mons”a yollanan toqolu son anda fikrindən daşınıb.

Belə ki, belçikalılarla anlaşıb ilkin müqaviləyə imza atan Nibombe Almaniyadan aldığı təklifə imtina edə bilməyib. Dare bundan sonra II Bundesliqada çıxış edən Bilefeld təmsilçisi “Arminiya”nın şərəfini qoruyacaq.

Qeyd edək ki, aşağı dəstənin autsayderi olan “Arminiya” hazırda 20 komanda arasında sonuncu pillədə qərarlaşıb.
0