Tuncay Şanlı Almaniya çempionu ilə müqavilə bağladı
01.02.2011 - 14:24
Türkiyə yığmasının futbolçusu Tuncay Şanlı karyerasını Almaniyada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, son illərdə İngiltərə Premyer Liqasında oynayan hücumçu 2009-cu ildə Bundesliqanın qalibi olan “Volfsburq” klubuna keçib. Artıq yeni komandasında tibbi müayinədən keçən Tuncay 3,5 illik müqavilə imzalayıb.
“Midlsbro”dan fərqli, son il yarımı keçirdiyi “Stok Siti”da karyerası uğursuz alınan, daha çox ehtiyatda qalan Şanlı bu üzdən qış transfer dönəmində klubunu dəyişməsini reallaşdırdı. Son klubunda cari mövsümdə 14 oyunda 1 qol vuran Tuncay “Volfsburq”da 6 nömrəli formanı geyəcək.
Qeyd edək ki, bosniyalı kapitanı Edin Dzekonu “Mançester Siti”yə satandan sonra “Volfsburq”a hücumçu lazım idi. Cari mövsümdə uğursuz çıxış edən komandanı yığmamızın hücumçusu Vaqif Cavadovu ötən qış Hollandiyanın “Tvente” klubuna gətirən ingilis Stiv Maklaren çalışdırır.

0
0