Elxan Məmmədov FİFA-nın iclasında iştirak edib - YENİLƏNİB
01.02.2011 - 18:01
Bu gün İsveçrənin Sürix şəhərində 17 və 20 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatları üzrə FİFA Təşkilat Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, 2012-ci ildə ölkəmizdə keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının yerli Təşkilat Komitəsinin sədri, qeyd olunan çempionat üzrə FİFA Təşkilat Komitəsinin üzvü, AFFA-nın baş katibi Elxan Məmmədov tədbirdə iştirak edib. O, ölkəmizdə təşkil olunacaq çempionata hazırlıqla bağlı görülən işlər barədə ətraflı məlumat verib.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0