“Arif Daşdəmirova maraq şayiə səviyyəsindədir”
01.02.2011 - 17:03
“Arif Daşdəmirova maraq şayiə səviyyəsindədir”
Bakının “İnter” klubu bəyanat yayıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi müdafiəçi Arif Daşdəmirovun Rusiya klublarının birindən təklif aldığını və baş məşqçi Kaxaber Sxadadzenin buna mane olduğunu rəsmən təkzib edib.

Bəyanatda bu haqda yayılan xəbərlərin düzgün olmadığı bildirilir: “Bildirmək istərdik ki, bu məlumat həqiqəti əks etdirmir. Arif Daşdəmirovla bağlı kluba heç bir rəsmi təklif gəlməyib. Bu isə onu göstərir ki, oyunçuya hansısa klub tərəfindən olan maraq, sadəcə şayiə səviyyəsindədir. Əgər hansısa təklif gəlsəydi, onda "İnter" rəhbərliyi onu mütləq dəyərləndirərdi. Axı klub öz oyunçularının daha güclü birinciliklərə keçməsinə heç vaxt mane olmayıb. Buna siz Mahir Şükürovun "İnter"dən "Anji"yə keçidini yada salmaqla əmin ola bilərsiz”.

Qeyd edək ki, əslən Rusiyadan olan Daşdəmirov 2004-cü ildə Azərbaycan U-17-nə çağırılaraq milliləşdirilib.