“Abşeron” Antalya toplanışını başa vurdu
03.02.2011 - 10:33
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Abşeron” klubu növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Mirbağır İsayevin yetirmələri qonşu ölkədəki son matçında Rumıniyanın “Vointa Sibiu” komandası ilə qarşılaşmalı idi. Lakin həmin matç baş tutmadığından, I divizion təmsilçisi Rusiyanın aşağı dəstə komandası “Salyut”la (Belqorod) görüşüb. Qarşılaşma heç-heçə ilə başa çatıb - 0:0.
Qeyd edək ki, “Abşeron” qış təlim-məşq toplanışı çərçivəsində Antalyada keçirdiyi 7 yoxlama oyununu 2 qələbə, 2 məğlubiyyət və 3 heç-heçə ilə tamamlayıb.
Qeyd edək ki, “Abşeron” qış təlim-məşq toplanışı çərçivəsində Antalyada keçirdiyi 7 yoxlama oyununu 2 qələbə, 2 məğlubiyyət və 3 heç-heçə ilə tamamlayıb.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0