“Turan”ı xatırlayan tapılmır
03.02.2011 - 10:55
“Avrokuboklarda Azərbaycan klubuna qarşı oynadığım yadımdadır. Ancaq açığı, komandanızın adını xatırlamıram”. Bu fikirləri apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına Türkiyə yığmasının məşqçisi Oğuz Çətin deyib.
Çətin ötən ilin oktyabrında millisinin heyətində Bakıya yığmamızla rəsmi oyuna gəlsə də, bu, onun ölkəmizə ilk səfəri deyildi. Belə ki, veteran futbolçu uzun illər oynadığı “Fənərbaxça” klubunun heyətində 1994-cü ilin avqustunda Azərbaycana təşrif buyurub. Həmin vaxt avrokuboklarda debütümüzü reallaşdıran Tovuzun “Turan” klubu “Fənərbaxça”ya hər iki oyunda uduzmuşdu. Ancaq Çətin nə qədər çalışsa da, oynadığı komandamızın adını yadına sala bilmədi: “Azərbaycana ilk dəfə “Fənərbaxça”nın heyətində gəlmişəm. Bu, 1994/95 mövsümündə UEFA kubokunun ilk mərhələsində idi. Yadımdadır, evdə 5:0, səfərdə 2:0 hesabı ilə qalib gəlmişdik. Mən bu görüşlərdə iştirak etsəm də, komandanıza qol vurmadım”.
Çətinlə söhbətimizdə xatırladığı, indi həmkarı olan keçmiş futbolçumuz oldu. Belə ki, o, Antalyaya gələn zamanı xoş təsadüflə qarşılaşıb: “İstanbuldan Antalyaya təyyarədə Azərbaycan klubu ilə birgə gəldik. Bu, “Qarabağ” idi və onun baş məşqçisi Qurban Qurbanovla yan-yana oturmuşduq. Bir-birimizi dərhal tanıdıq. “Fənərbaxça”nın heyətində sizə qarşı oynadığımız zaman Qurbanovla meydanda rəqib olmuşduq. Onunla həmin oyunu xatırlayaraq, söhbətləşmişdik. Bilirəm ki, “Qarabağ” son 2 mövsümdə Qurbanovun rəhbərliyi altında Avroliqada yaxşı oynayıb, son təsnifat mərhələsinə kimi irəliləyib”.
Qeyd edək ki, Çətin 17 il öncə görüşdüyü “Turan”ın adını unudan ilk türkiyəli deyil. Onun həmkarı, yığmamızın kapitanı Rəşad Sadıqovun “Əskişəhərspor”da baş məşqçisi olan Bülənt Uyğuna da saytımıza müsahibəsində İstanbulda və Sumqayıtda keçirilən oyunların nəticələrini desə də, “Turan”ın adını xatırlaya bilmədi. 5:0-da tovuzluların qapısına yol tapan Uyğun bununla da avrokuboklarda bizə ilk qol vuran futbolçu kimi tarixə düşdü.
Mehman SÜLEYMANOV

0
0