Ukrayna mətbuatı Azərbaycan yığmasından yazdı
03.02.2011 - 11:16
Ukraynalılar Xarkovun “Metallist” klubunun Azərbaycan yığması üzərində qələbəsini layiqli sayırlar. Apasport.az saytının məlumatına görə, Ukrayna mətbuatında Dubayda keçirilən yoldaşlıq görüşü ilə bağlı yazıda həmyerlilərinin üstünlüyü qeyd olunub.
Həmkarlarımızın fikrincə, oyunun sonunda yığmamıza vurduqları qol məntiqə uyğun olub: “Xarkovlular Birləşmiş Ərəb Əmirliklərində yoldaşlıq görüşü üçün bir qədər qeyri-adi rəqib seçdilər. Azərbaycan yığması ilə matçda futbolçularının oyununu izləməyə “Metallist”in prezidenti Aleksandr Yaroslavski də yollanmışdı. Azərbaycan millisinin baş məşqçisi Berti Foqts bu oyuna eksperimental heyət çıxarmışdı. O, bu görüşü Avro-2012-nin qalan oyunlarına hazırlığın bir mərhələsi kimi qiymətləndirirdi. Qafqazlılar artıq martın 29-da Belçika ilə oynayacaqlar. Görüşdə baş verənlərə gəlincə, ilk hissə sakit, təhlükəli vəziyyətlərsiz keçdi. Taysonun oyunu canlandırmaq cəhdləri qafqazlıların çoxsaylı qayda pozuntuları ilə nəticələnirdi. İkinci hissədə xarkovlular daha üstün görünürdülər. Ona görə də oyunun sonundakı qol qanunauyğun oldu. 85-ci dəqiqədə Denis Oleynik Vladimir Lısenko ilə “divar ötürməsi” oynayaraq, cərimə meydanına daxil oldu və qapının uzaq küncünə dəqiq zərbə vurdu. “Metallist”in futbolçuları Azərbaycan yığması və Özbəkistan liqasının bir sıra komandaları ilə oyunları uğurlu keçirərək, habelə “Zenit”lə heç-heçə oynayaraq, evdə yaxşı əhval-ruhiyyədə qayıdırlar. Azərbaycanla oyun öncəsi 60 illik yubileyini keçirən baş məşqçi Miron Markeviç yoxlama oyunlarında nəticələrdən razı qala bilər”.

0
0