Azərbaycan Premyer Liqası Avropanın ən zəif çempionatları arasında
03.02.2011 - 11:27
Avropanın ən güclü milli çempionatlarının adları məlum olub. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) XXI əsrin ilk 10 ili üçün ölkə çempionatlarının reytinqini açıqlayıb.
İngiltərə Premyer Liqası 11516 xalla 1-ci pillədədir. İspaniya Primerası 11120, İtaliya A seriyası isə 10640 xalla ilk “üçlük”də qərarlaşıblar.
Azərbaycan Premyer Liqası Avropanın 48 çempionatı arasında 44-cü pillədə yer alıb. 1850 xala malik çempionatımız yalnız Uels, Qazaxıstan, Malta və Lüksemburqu qabaqlaya bilib.
Premyer Liqamızın belə zəif göstəriciyə malik olması isə əsrin əvvəlindəki illərlə bağlıdır. Belə ki, 2002/03-cü ildə ölkəmizdə ümumiyyətlə yarış keçirilməyib, 2002/03 və 2003/04 mövsümlərində komandalarımız avrokuboklardan kənar qalıblar. Elə 2001/02 mövsümündə də qitə kuboklarında fiasko yaşanıb. Bir sözlə, Azərbaycan 10 ilin 7 ili ərzində hesabına xal toplaya bilib.
Qeyd edək ki, Andorra, San-Marino kimi ölkələr ümumiyyətlə reytinqə düşməyiblər.

0
0