“Real”ın 5000-ci qolunu Adebayor vurdu
03.02.2011 - 11:35
“Real”ın 5000-ci qolunu Adebayor vurdu
Madrid “Real”ının yeni transferi Emmanuel Adebayor klubun tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, toqolu hücumçu debüt matçında - ölkə kubokunun yarımfinalında “Sevilya” ilə oyunda (2:0) vurduğu qol “Real” üçün yubiley olub. Bu, “Kral klubu”nun uzun illər ev oyunlarını keçirdiyi “Santyaqo Bernabeu” stadionunda rəsmi oyunlarda 5000-ci qolu idi.

Madridlilər meydan sahibi kimi, ilk qolunu 1903-cü ildə vurub. Bunun müəllifi Xose Xiralt olub. Nasario Belmara “Real”da 1000-ci, Fransisko Xento 2000-ci, Xuanito 3000-ci, Xose Amaviska 4000-ci qolu vurub.

Qeyd edək ki, “Real” Adebayoru “Mançester Siti”dən 6 aylığa icarəyə götürüb.