“Bakı”dan 11:0 hesablı qələbə
03.02.2011 - 15:43
“Bakı” Türkiyənin Antalya şəhərindəki 3 həftəlik təlim-məşq toplanışını darmadağınla bitirib. Apasport.az saytının məlumatına görə, latviyalı Aleksandr Starkovun çalışdırdığı komanda son yoxlama oyununda bu gün Almaniyanın aşağı divizion təmsilçisi “FSV Martinroda” klubuna 11:0 hesabı ilə qalib gəlib.
Bakılıların qaldığı “Susesi” otelinin meydançasındakı görüşdə baxışda olan bolqar Radomir Todorovla ukraynalı Ruslan Leviqa da qol vurub. Sonuncu ilk hissədə 8 dəqiqəyə dubl edib. Bu, klublarımızın qış fasiləsində ən böyük hesablı qələbəsi olub.
Qeyd edək ki, ötən ay “Bakı”ya baş məşqçi təyin edilən Starkov Antalyada uduzmadı. Qazaxıstanın "Akjayık" (3:0) və "Şaxtyor" (1:1), Ukraynanın "Metallurq" (Zaporojye, 0:0), Rumıniyanın "Panduri" (1:0) klubları ilə də görüşən “zolaqlılar” 3 oyunda qalib gəlib, 2-də heç-heçə edib.

- “Real” üçün kabus kimi “El-Klassiko” – "Barselona"dan 7:0
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib
0
0