“Mübariz Mənsimov mənə öz postunu təklif etdi”
04.02.2011 - 14:01
Tanınmış türkiyəli mütəxəssis Yılmaz Vuralın apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına eksklüziv müsahibəsi
- “Xəzər Lənkəran” klubunun sahibi Mübariz Mənsimovla dost olduğunuzu, əməkdaşlıq etdiyinizi bilirik...
- Doğrudur. Təbii ki, Mübariz bəy dostumuzdur. Mənimlə Azərbaycan futbolunun inkişaf planlarından danışıb. Bunun üçün maddi və mənəvi probleminin olmadığını dedi. “Xəzər Lənkəran” barədə bilgim var. Mübariz bəy bizdən səviyyəli futbolçuların transferi üçün yardım istədi. Devran Ayhanı yolladıq, Əhməd Dursunu da “Xəzər Lənkəran”a göndərdik. Bolqar futbolçu da gəldi.
- İvan Svetkov...
- Bəli. “Sivasspor”dan “Xəzər Lənkəran”a keçdi. “Neftçi”yə də türk futbolçular göndərdik. Bir sözlə, bu transferlərdə vasitəçilik edib, Azərbaycan futbolunun inkişafına yardımçı olmağa çalışdım. Təbii ki, Türkiyə ilə Azərbaycanın əlaqələri yetərincə yaxşıdır. Biz bir-birimizi sevən dost, qardaş ölkələrik. Yəni, sizin futbolunuzla maraqlanırıq.
- Bir müddət əvvəl Türkiyə mətbuatında sizin “Xəzər Lənkəran”ın baş məşqçisi olacağınızla bağlı məlumat yer aldı. Mənsimov sizə bu postu təklif edibmi?
- Mübariz bəy mənə baş məşqçiliyi deyil, öz postunu təklif etdi.
- Yəni o vaxtkı prezidenti postunu?
- Bəli. Dedi ki, gəl, klubu al, onu təşkilatlandır, idarə et. Hətta AFFA-da vəzifə alıb, futbolunuzun təşkilatı işlərində bilgilərimdən istifadə olunmasını istədi. Ancaq qismət olmadı. Türkiyədə çalışan məşqçiyəm və ölkə xaricində işləməyi düşünmədim. Çünki burda iş tapırıq. Mən eyni zamanda, Almaniya vətəndaşıyam, uzun illər orada yaşamışam, təhsil almışam.
- Belə çıxır ki, milli komandanızın almaniyalı baş məşqçisi Berti Foqtsun həmyerlisiniz?
- (gülür). Eyni ölkənin vətəndaşı olsaq da, milliyyətimiz fərqlidir. Mən xaricdə öyrəndiklərimlə öz futboluma töhfə vermək istədim. Bu müddətdə xaricdə bir sıra təkliflər aldım. Almaniyadan, Hollandiyadan, Polşadan, İran, Küveyt, Birləşmiş Ərəb Əmirliklərindən dəvət alsam da, xaricə getmədim. Çünki əcnəbi mütəxəssisə ölkə kənarında çalışmaq heç asan deyil.
- Niyə?
- Təbii ki, Azərbaycan xarici ölkə sayıla bilməz. Eyni millətik, eyni dildə danışırıq. Bir ölkənin dilini, yaşayış tərzini bilmirsənsə, orada çalışa bilməzsən. Həmin ölkənin insanlarının duyğularını, hisslərini, xüsusiyyətlərini bilmirsənsə, orada çalışmaq çox çətindir.
- Türkiyə yığması Azərbaycana uduzandan sonra mətbuatda emosional çıxışınızla tanış olduq. Həmkarınız Qus Hiddinki tənqid etməklə yanaşı, bildirmişdiniz ki, millini yerli məşqçi çalışdırmalıdır...
- Bəli. Hiddink nə qədər ünlü mütəxəssis olsa da, futbolçularla öz dilində danışa, onları motivasiya edə bilmir. Birgə çalışırıqsa, eyni dildə danışmağımız, yaxud onun dilini bilmək lazımdır. Bu zaman vasitəçiyə ehtiyac olmayacaq, iş daha faydalı alınacaq. Yoxsa sən tərcüməçiyə söyləyirsən, o da futbolçuya, nəticədə vaxt itkisi olur. Bəlkə baş məşqçinin futbolçu ilə özəl danışığı var, ona nə dediyini ikinci bir şəxsin duymasını istəmir?
- Milli komandanızın Azərbaycana məğlubiyyəti sizin üçün çox gözlənilməz oldu?
- Millimiz hələ Azərbaycana getməmişdən öncə demişdim ki, futbolda favorit yoxdur. Kağız üstündə ola bilər, ancaq meydanda yox. Düzdür, bəzən yaxşı oynayanda da qazana bilmirsən. Təəssüf ki, futbolda “yaxşı oynasan, mütləq qazanacağam” prinsipi yoxdur. Həmin gün Azərbaycan yığmasına uduzmalı idik, elə də oldu. Təbii ki, milli komandamızın məğlubiyyətinə üzüldük. Avropa çempionatının final mərhələsinə qatılacağımızı düşünürdük. Ancaq bundan sonra böyük ölçüdə şansı qalmadı.
- Ancaq hələ qarşıda çox oyunlar və yığmanızın 2-ci yeri tutub, pley-offa çıxması realdır...
- Olsun. Ancaq buna nail olmaq asan deyil. Çünki oynayacağımız Belçika və Avstriya yığmaları yaxşı komandalardır. Bu vacib görüşlərdə uduzmamağımız lazımdır.
- Türkiyə milli komandasını çalışdırmağa hazır olduğunu demişdiniz. Fikrinizdə qalırsınız?
- Bəli. Mən hər zaman hazıram. Türkiyədə 31 ildir məşqçilik edirəm. İndi ölkəmizin ən təcrübəli mütəxəssislərindən biriyəm.
- Ancaq eyni zamanda çox emosionalsınız...
- Hər kəsin işə bir baxışı var. Mən həyatda emosional deyiləm. Ancaq iş görərkən, faydam nə qədər olacaqsa, buna nail olmağa çalışıram. Çünki matç bitəndən sonra əsəbin, emosionallığın nə qədər olursa-olsun, bunun heç bir faydası yoxdur.
- Milli komandamızın oyunu necə yadınızda qaldı?
- Azərbaycan yığması yaxşı oynadı. Ancaq Türkiyə millisi daha çox hücum etdi, qol şansları çox oldu. Sadəcə, qol vura bilmədik. Azərbaycan yığması isə bunu edərək, 3 xal qazandı.
- Vurduğumuz qolu bəyəndinizmi?
- Əlbəttə, çox gözəl oldu. Ancaq digər özəllik oyunun çox hissəsinin tək qapıya getməsi oldu. Məlum idi ki, Azərbaycan geri çəkilərək, əks-hücumda oynamağa çalışırdı. Bu zaman 1 qol vurdu. Bundan sonra boşa verilən bir sıra qol imkanları oldu.
- Azərbaycanlı futbolçulardan kimi tanıyırsınız?
- Rəşad Sadıqovu. O, indi Türkiyə Superliqasında oynayır. Mən 2 il öncə “Kocaelispor”dan gedəndən sonra Rəşad həmin komandaya gəlmişdi. Bundan başqa, Qurbanov soyadlı bir də var.
- Bu, İlqar Qurbanovdur...
- Hə. “Antalyaspor”a da biri gəlmişdi.
- Mahir Şükürov...
- Ola bilər. Azərbaycandan çox futbolçu tanımıram. Ancaq orada yaxşı futbolçular olduğunu bilirik.
- Türkiyədə azərbaycanlı futbolçu ilə işləmək istərdiniz? Belə bir imkanınız olubmu?
- Olmasa da, bunun reallaşmasını istərdim. Fərqi yoxdur, türk futbolçular Azərbaycanda oynasın, yaxud sizinkilər burada. Hər ikisi bir-birlərini anlayırlar. Azərbaycanlı futbolçular türkcə bilirlər. Əgər burada oynaya biləcəklərsə, onlar üçün də asan olar. Ancaq Türkiyədə Azərbaycandan az, daha çox Avropadan futbolçu axtarmağa çalışırlar. Çünki daha çox oradakı komandalarla oynayırlar, heyətlərinə daim Avropadan futbolçu alırlar.
- Həmkarlarınızdan Rasim Kara, Bülənt Korkmaz və başqaları ölkəmizdə çalışıblar...
- Elədir. Bilirəm ki, Korkmaz qısa, Kara isə uzun müddət çalışdı. Rasim hoca Azərbaycandan gələndən sonra Türkiyə karyerasını itirdi. Yəni həmin vaxtdan bu yana klubda işləmir, Türkiyə Futbol Federasiyasında çalışır.
- Cari mövsümdə Superliqada “Kasımpaşa” klubunu çalışdırsanız da, istefanız gözlənilməz oldu. Bunun səbəbi nə ilə bağlıdır?
- Öz istəyimlə ayrıldım. Çünki klubumuz gözəl olsa da, büdcəsi elə böyük deyil. “Kasımpaşa”nın maddi imkanları aşağıdır. Futbolçu alınmasını tələb etdim. Çünki komandanı gücləndirmək üçün yeni transfer etmək lazım idi. Bu olardısa, “Kasımpaşa” aşağı pillələrdən qurtulacaqdı. Yaxşı oynayırdıq, ancaq uduzurduq. Çoxlu hücum etsək də, qol vura bilmirdik. Deməli, komandaya hücumçu lazım idi. Rəhbərlik çox pul xərcləmək istəmədiyini dedi. Mən də “onda icazə verin, gedim” dedim. Çünki belə vəziyyət daha 4-5 ay davam edə bilməzdi.
Mehman SÜLEYMANOV

0
0