“Atletiko” 3 xalı 3 qolla qazandı
01.11.2025 - 23:29
“Atletiko” 3 xalı 3 qolla qazandı

İspaniya La Liqasının 11-ci turunda “Atletiko Madrid” doğma meydanda “Sevilya”ya qalib gəlib.

Apasport.az xəbər verir ki, qarşılaşma 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə yekunlaşıb.

Qeyd edək ki, “Sevilya” 13 xalla 11-ci sırada, “Atletiko” isə 22 xalla 4-cü pillədə qərarlaşıb.

“Real Madrid” 27 xalla sıralamada liderliyini qoruyur.

La Liqa

XI tur

"Villareal" - "Vallekano" 4:0

"Atletiko" - "Sevilya" 3:0

"Real Sosyedad" - "Atletik" 3:2