Borislav Kolev: “Xəzər Lənkəran”ın yaratdığı bünövrə çox yaxşıdır - MÜSAHİBƏ
07.02.2011 - 11:01
“Xəzər Lənkəran” Lənkəran şəhər stadionunu təkmilləşdirməyi planlaşdırır. Apasport.az-ın xəbərinə görə, bununla əlaqədar komanda rəhbərliyi meydançada aparılacaq yenidənqurma işlərinin dəyərləndirilməsi üçün bu sahədə Azərbaycanda yaxşı tanınan bolqar mütəxəssis Borislav Kolevi işə cəlb edib. İdman meydançaların tikilməsində ixtisaslanan “Bayk Plus Ltd” şirkətinin başçısı olan Kolev cənub təmsilçisinin rəsmi saytına müsahibəsində ölkəmizə səfəri və görüləcək işlərdən danışıb.
- Azərbaycana səfərinizin məqsədi nədir?
- “Xəzər Lənkəran” rəhbərliyi tərəfindən bu komandanın əsas və yardımçı meydançalarının vəziyyəti ilə tanış olmaq üçün dəvət olunmuşam. Tanış olub, gördüyümü təhlil edəndən sonra mövcud olan problemlərin çözülməsi və vəziyyətin yaxşılaşdırılması üzrə təkliflərimi təqdim edəcəyəm.
- İlk təəssüratlarınız necə oldu?
- Burada yaradılan baza çox xoşuma gəldi. Məncə, bu, yüksək nailiyyətlər əldə etmək istiqamətində istənilən klubun atmalı olduğu ilk addımlardan biridir. Ancaq bununla birgə vəziyyətin daha da yaxşılaşdırılması üçün həmişə əlavə tədbirlər görməyə də imkan var. Yəni, təkmilləşdirmə fasiləsiz bir prosesdir, onun sonu olmur. Ancaq “Xəzər Lənkəran”ın yaratdığı bünövrə çox yaxşıdır.
- İdman meydançaların tikilməsi üzrə bir mütəxəssis kimi bizim futbol arenamızın vəziyyəti ilə tanış oldunuz. Hər hansı problem üzə çıxdımı? Əgər problem varsa, o nə qədər ciddidir?
- Bəli, problemlər var. Onların arasında asan həll olunanlar da var, bir qədər çox zəhmət tələb edənlər də. Mən gördüklərimi təhlil edib, təkliflərimi klub rəhbərliyinə təqdim edəcəyəm. Ümumilikdə, bildirməliyəm ki, problemlər meydançaların hamısında mövcuddur. Təbii meydança bərbad olduğu halda, yaxud orada yenidənqurma işləri aparıldığı vaxtda vəziyyəti sintetik meydança xilas edə bilər. Əsas odur ki, yaranmış vəziyyətdə günahkar axtarmayaq, gələcəyə baxıb bu vəziyyətdən çıxış yollarını tapmaq lazımdır. Ən yaxşısı isə imkan daxilində qabaqlayıcı tədbirlər görüb problemlərin yaranma ehtimalını minimuma endirməkdir. Həll olunmayan problem yoxdur, hər bir çətin məsələni həll etmək olar.
- Hesab edirsiniz ki, əlavə sintetik meydançanın olması məqsədəuyğun olar?
- Hər klubun çoxlu meydançaları olmalıdı. Məsələn Madrid “Real”ının 7 meydançası var, o cümlədən süni örtüklü. Bunlar təkcə əsas komanda üçün yaradılıb. Bu klubun digər komandaları ayrı meydançalarda məşqlər və oyunlar keçirirlər. Adi klublarda isə tək əsas komandaların ən azı 2 meydançası olmalıdı. Belədə bir meydançanı ay ərzində istifadə etmək olar, digərini isə o biri ay üçün hazırlamaq lazımdır və beləliklə onlar bir birini tamamlayacaq. Bir daha təkrar edim ki, söhbət yalnız əsas komandadan gedir. O ki qaldı uşaq və yeniyetmə futboluna, onların hər birisinin öz meydançaları olmalıdır. Sintetik meydançalar mövzusuna qayıdıram. Əgər klubun ikinci təbii meydançanın yaradılmasına imkanı yoxdursa, onda sintetik meydança salına bilər. Təbii meydançalardan fərqli, sintetik meydança daha çox işlənə bilir. Onları sutkada 24 saat istismar etmək olur. Həm də belə meydançaların saxlanılmasına çox az vəsait tələb olunur. O ki qaldı onların keyfiyyətinə, onu deyə bilərəm ki, bu gün elə sintetik meydançalar mövcuddur ki, onlar 95% təbii meydançaya bənzəyirlər. Bundan başqa Azərbaycanda Avropanın hər yerində olduğu kimi, qış fəsli problemi var ki, bu zaman hava şəraiti pis olur, qazon da bitmir. Bu halda süni meydança əvəzedilməzdir, təbii meydança isə həmin ərəfədə dincəlir, özünə gəlir. Ona görə mən hesab edirəm ki, istənilən komanda ən azı bir sintetik meydançaya malik olmalıdır.
- “Xəzər Lənkəran” stadionundakı problemləri aradan qaldırmaq üçün nə qədər vaxt tələb olunur?
- Bu işi 3 mərhələyə bölmək olar. Birinci mərhələ sağlam qazonun bərpası və ot köklərinin artırılmasından ibarətdir. Bunu bir aya etmək olar. Sonra 40-60 günə suyun meydan üzərində qalması və süzülməməsi problemini aradan qaldırmaq mümkündür. Üçüncü mərhələ isə qazonun yay fəslində gün altında yanması probleminin həllidir. Bunun üçün meydançadakı otun istiyə dözümlülüyünü artırmaq üçün bir üsul fikirləşmək gərəkdir.

0
0