“Üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gələcəyəm”
07.02.2011 - 18:08
“Üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gələcəyəm”
“Mən Azərbaycanın ən böyük klubuna transfer olunmuşam. Bu komanda hər bir azərbaycanlı futbolçunun forma geymək istədiyi klubdur”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Neftçi”yə yeni transfer edilən Vitali Kovalyova məxsusdur.

Türkiyənin “Kartalspor” klubundan “ağ-qaralar”a keçən qolkiper bu gün nömrələrin verilməsi ilə bağlı təşkil olunan tədbirdə “ağ-qaraların” rəsmi saytına açıqlama verib: “Burada ancaq bir hədəf var: birinci olmaq. Komandamın çempion olması üçün mən də, şans verildiyində üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gələcəyəm”.

Qeyd edək ki, Kovalyov “Neftçi”də 34 nömrəli formada çıxış edəcək.
0