Vobay dublla başladı
09.02.2011 - 21:24
Bu gün Lənkəranda “Xəzər Lənkəran” klubunun əsas və əvəzedici heyətləri arasında yoldaşlıq oyunu keçirilib. Komandanın mətbuat xidmətindən apasport.az saytına verilən xəbərə görə, oyun 5:0 hesabı ilə əsas komandanın xeyrinə bitib.
Qarşılaşmada Emeka Opara və yeni transfer Julius Vubay hərəyə iki qol vurublar. Daha bir topu isə əvəzedicilərin qapısından heyətə təzə cəlb olunan digər futbolçu Aleksandru Viktorio Pitsurka keçirib.
Təqribən 6 min azarkeşin stadionda izlədiyi oyunda baş məşqçi Mirça Rednik yeni transferlər də daxil olmaqla, demək olar ki sərəncamında olan bütün futbolçuları sınaqdan keçirib.

0
0