Azərbaycana gələn ən yaxşı legionerlər – STATİSTİKA
11.02.2011 - 00:01
Azərbaycana gələn ən yaxşı legionerlər – STATİSTİKA
Premyer Liqanın ən gərəkli legionerlərinin siyahısı müəyyənləşib. Apasport.az saytı Azərbaycan klublarında daha çox oyun keçirib, uzun müddət komandalarımıza lazım olan 20 əcnəbinin adlarını açıqlayır.

Düzdür, 20-ci yerə şərik olan 3 futbolçu eyni sayda oynadığından “Top-20”də 22 nəfər qərarlaşıb. 1992-ci ildən start götürən çempionatımızda milliləşənlər də nəzərə alınmaqla, yüzlərlə əcnəbi çıxış edib.

Uzun illər idi ki, Viktor Kulikov və Badri Kvaratsxeliya bu siyahıya başçılıq edirdilər. Lakin cari mövsümün ilk yarısından sonra onlar karyerasını ölkəmizdə davam etdirməkdə olan bir neçə futbolçunu özlərindən önə buraxmaqla barışdılar. Mövsümün startı ərəfəsində Viktora şərik olan Georgi Adamiya artıq vahid liderdir.

Aleksandr Çertoqanov və Usim Nduka da mövsümün sonunadək 150-ci oyununu keçirməyə hazırlaşır. Təxminən yarım il əvvəlki ilə müqayisədə “20-lik”də yeni adlar peyda olub.

Bunlar Draqan Mandiç, Radomir Todorov, Junivan Suares və Viktor İbekoyidir. Əvəzində Vladimir Miçoviçlə Aleksandr Qoqoberişvili siyahıdan kənar düşüb.

1. Georgi Adamiya – 149 (17)
2. Aleksandr Çertoqanov – 147 (17)
3. Usim Nduka – 142 (19)
4. Vladimir Levin - 137 (10)
5. Fabio Luis Ramim – 136 (16)
6. Viktor Kulikov - 135
7. Badri Kvaratsxeliya - 132
8. Qoqa Beraya – 120 (11)
9. Leandro Qomeş - 119
10. Vadim Borets – 118 (6)
11. Arif Daşdəmirov – 114 (19)
12. Draqan Mandiç – 106 (19)
13. Nazar Bayramov - 105
14-15. Əhməd Ticani - 101
Ernani Pereyra - 101
16-17. Aleksandr Intskirveli - 100
Junivan Suares – 100 (19)
18. Fernando Peres - 99
19. Əliyar İsmayılov - 98
20-22. Sergey Sokolov 96 (5)
Radomir Todorov – 96 (18)
Viktor İbekoyi – 96 (18)

Qeyd: mötərizədə cari mövsüm keçirilən oyunların sayı əks olunub.