Elvin Məmmədov: Mən “Neftçi”yə keçsəydim...
11.02.2011 - 00:07
Elvin Məmmədov: Mən “Neftçi”yə keçsəydim...
“Qarabağ”la müqaviləm yayda bitir. Həmin müddətdən sonra istənilən klubla anlaşa bilməyim öz yerində. Ancaq mən maya kimi komandadayam”. Bu fikiləri apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşına açıqlamasında Ağdamın “Qarabağ” klubunun futbolçusu Elvin Məmmədov deyib.

Millimizin üzvü olan gənc yarımmüdafiəçinin 2 ildir oynadığı komandadan gedəcəyi ilə bağlı qış fasiləsinin əsas müzakirə məsələlərindən oldu. Hər halda, Elvin “Qarabağ”la mövsümün sonunda bitəcək müqaviləni uzatmaqla bağlı rəhbərliyinin təklifini dəyərləndirməyi lazım bilməyib: “Ürəyimdə getmək niyyəti yoxdur. Başqa söhbətlərdir. “Qarabağ”la müqaviləni uzatmamağım sırf mənimlə bağlı olan şeydir. Bunu açıqlaya bilmərəm. Söhbət maliyyədən getmir. Ümumiyyətlə, klubumla bu söhbəti etməmişəm. Mayda hər şeyə aydınlıq gələcək”.

Elvinin adı paytaxt klubları – “Neftçi” və “Bakı” ətrafında hallanır: “Əgər “Neftçi”yə keçsəydim, indi konkret bu komandada olardım. Hazırda “Neftçi”, yaxud “Bakı”ya transferimlə bağlı konkret bir şey deyə bilmərəm. Bizim üçün hər klub doğmadır. Futbolçu bu gün burda olacaq, sabah başqa yerdə”.

Mehman SÜLEYMANOV