AFFA-nın Rəşad Sadıqovla bağlı rəsmi mövqeyi
11.02.2011 - 13:17
“Milli komandamızın üzvləri xaricdə oynayanda çox sevinirik. Çünki bu, futbolçuların səviyyəsinin artdığını göstərir”. Bu fikirləri apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Yığmamızın kapitanı Rəşad Sadıqovun Türkiyənin “Əskişəhərspor” klubundan ayrılaraq, “Qarabağ”a mümkün qayıdışına münasibət bildirən Məmmədov futbolçu üçün oyun praktikasının vacibliyini bildirib: “Rəşadın millimizin kapitanı, ilin ən yaxşı futbolçusu kimi xaricdə oynaması çox müsbət hal idi. Ancaq gördüyünüz kimi, Sadıqov klubunda son görüşlərdə oynamayıb. Onunla söhbətimiz də olmuşdu. Rəşad əmin deyil ki, “Əskişəhərspor”da oynayacaq, ya yox. Buna görə Azərbaycana qayıtmağının daha yaxşı olduğunu düşünür. Onsuz da burada onun oyun praktikası olacaq. Əsas odur təcrübəsi artsın. Misal üçün, Vaqif Cavadov kimi “Tvente”nin ehtiyat skamyasında oturmasın. Biz futbolçuların xaricdə ehtiyatda oturmasını yox, oynamasını istəyirik”.
Qeyd edək ki, AFFA Rəşadı ötən il milli komandamızın ən yaxşı futbolçusu kimi mükafatlandırıb.
Mehman SÜLEYMANOV

0
0