“Şaxtyor”un yetirməsi 1 il “Bakı”da oynayacaq
11.02.2011 - 13:34
"Bakı" ukraynalı hücumçu Ruslan Leviqa ilə müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, müqavilə şərtlərinə əsasən Leviqa 1 il müddətində paytaxt təmsilçisinin şərəfini qoruyacaq.
1983-cü il yanvarın 31-də Ukraynada anadan olan Ruslan vətənində yetirməsi olduğu "Şaxtyor", həmçinin "Metallurq" (Donetsk), "Borisfen", "İlyiçevets", "Çernomorets", Rusiyanın "Sokol" (Saratov) klublarında çıxış edib. Son komandası isə Qazaxıstanda "Tobol" olub.
Qeyd edək ki, Leviqa Ukraynanın gənclərdən ibarət milli komandasında (U-21) 2 oyun keçirib, 1 qola imza atıb.

- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
- Paraqvay rəqibini gözləyir - Fransa və ya İsveç
0
0