Ruslan Abışovla Kamran Ağayev “atışdı”
11.02.2011 - 14:22
“Əlbəttə, “Xəzər Lənkəran”la derbi matçına köklənə biləcəyik. Çünki, bu elə bir görüşdür ki, psixoloji cəhətdən hazırlaşmaq lazım deyil”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Neftçi”nin vitse-kapitanı Ruslan Abışov deyib.
Millimizin də üzvü olan gənc futbolçu Premyer Liqanın növbəti turunda - fevralın 13-də “Xəzər Lənkəran”la keçiriləcək görüşü ən vacib oyunlarından biri sayır: “Allahın köməyi ilə qələbə qazanarıq. Baş məşqçinin məni hansı mövqedə oynadacağını düşünürəm. Bir tərəfdən də onu fikirləşirəm ki, necə olacaq. Kiyev “Arsenal”ı ilə Türkiyədəki görüşdə müdafiənin sol cinahında çıxış etdim. Braziliyalı sol cinah müdafiəçimiz Alessandro Vyana Da Silva zədələnəndən sonra yoxlama oyunlarında bu mövqedə sınanmışam. Neçə ildir eyni mövqedə oynayıram. Birdən-birə mövqeyi dəyişəndə çətin olur. Keçən dəfə dediyim kimi, hər mövqeyin çətinlikləri, öz biclikləri var. Buna görə başqa mövqe mənə bir az yaddır, özümü rahat hiss edə bilmirəm”.
Derbi iştirakçılarından millimizin üzvləri son günlərdə Dubayda təlim-məşq toplanışında olublar. Konkret “Neftçi”dən Abışovla yanaşı, Rail Məlikov, Cavid Hüseynov, “Xəzər Lənkəran”dan Kamran Ağayev, Elnur Allahverdiyev, Rahid Əmirquliyev və Elnur Abdullayev 14 gün birgə hazırlıq keçiblər: “Əlbəttə ki, “Xəzər Lənkəran”ın futbolçuları ilə qarşıdakı oyun öncəsi zarafatlaşmağımız, hərdən söz atmacası da olub. Kamran Ağayev deyir ki, “Neftçi” ilə oyunlarda neçə illik “quru seriyam” var. Mən də deyirəm ki, tələsmə, inşallah, onsuz da həmin seriyanı biz qıracağıq. Ancaq bunların hamısı zarafat mənasındadır”.
Mehman SÜLEYMANOV

- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
- Paraqvay rəqibini gözləyir - Fransa və ya İsveç
0
0